Mourinhonun oyun planı

Bakı, 11 sentyabr, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça)-nın baş məşqçisi Jose Mourinho müxtəlif formalarda futbolçularını yetişdirməyə davam edir.

Sporaz.tv xəbər verir ki, Jose Mourinhonun 3 nəfərlə müdafiəni mükəmməl oynatmaq üçün düşündüyü ideal heyət zamanla bəlli olacaq.

Çağlar Söyüncü, Alexander DjikuOosterwoldenin eyni vaxtda meydanda olacağı bir ssenari üçün işlər davam edir.

Sol cinahı Filip Kosticə həvalə etməyi planlaşdıran portuqaliyalı məşqçi sağ qanadda Mert Müldürə şans verməyi düşünür.

İsmail Yüksek, Fred və Szymanskinin yarımmüdafiədə kombinasiyasını pozmaq istəməyən Mourinyo zamanla bu sıraya  Sofyan Amrabatı da qatacaq.

Edin Dzeko və En Nesyri’nin birlikdə oynadığı sistem yaxın günlərdə məşqdə sınaqdan keçiriləcək.

Leave a Reply