Mourinhonun Osimhenlə bağlı dedikləri gündəmdədir

Bakı, 3 sentyabr, Sporaz.tv

Fenerbahçe“nin baş məşqçisi Jose Mourinhonun “Galatasaray“ın heyətinə qatdığı Victor Osimhenlə bağlı keçmiş sözləri yenidən gündəmdədir. Osimheni Drogbaya bənzədən portuqaliyalı çalışdırıcı nigeriyalı hücumçu haqqında təəccüblü açıqlamalar verib.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” heyətini “Napoli”dən Victor Osimhenlə gücləndirib. Böyük təsir bağışlayan transferdən sonra “Fenerbahçe”nin baş məşqçisi Jose Mourinhonun hücumçu ilə bağlı dediyi sözlər sosial mediada trend mövzusu olub.

Jose Mourinho bundan əvvəlki açıqlamasında Osimheni Didier Drogba ilə müqayisə edib.

Mourinho o vaxt ingilis komandalarında adı hallanan Osimhen haqqında “Osimhen Drogbaya bənzəyir, amma Didier heç vaxt özünü yerə atmazdı” deyib.

Portuqaliyalı çalışdırıcı da bu məsələ ilə bağlı “İtaliyada buna göz yumurlar. İngiltərəyə gedirsə, dəyişməli olur” dedi.

Osimhendən xoşlandığını bildirən Mourinho, “Çox pulu olan klubda olsaydım, onu alardım” demişdi.

Bahar Rüstəm