Mourinhonun “Lill” taktikası: Rəqibin zəif nöqtəsini tapdı

Bakı, 6 avqust, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça)-nın baş məşqçisi Jose Mourinho, Çempionlar Liqasında bu axşam “Lill” ilə oynayacaqları matçdan əvvəl Fransa komandasına qarşı istifadə edəcəyi taktikanı müəyyən edib.

Sporaz.tv xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında bu axşam Fransanın “Lill” komandasını qəbul edəcək Fenerbahçe (Fənərbaxça)-nın baş məşqçisi Jose Mourinho, rəqibi ətraflı təhlil edərək, oyunçularına son xəbərdarlıqlarını edib.

Sabah qəzetinin xəbərinə görə, sarı-göylülər zədəli Fredin yoxluğunda fərqli oyun anlayışı ilə meydanda olacaq.

Mourinho, rəqibin mərkəzinin problemli olduğunu, zəif tərəfinin isə yarımmüdafiə olduğunu vurğulayıb.

Xüsusilə hücum dəyişikliyinə diqqət yetirən portuqaliyalı məşqçi, Tadicin mərkəzə keçidi ilə yarımmüdafiədən çoxlu hücumlar etməyi planlaşdırır.