Mourinhonun istədiyi futbolçu açıqlanıb

Bakı, 14 noyabr, Sporaz.tv

Ara transfer dönəmində heyətini gücləndirmək üçün işə başlayan “Fenerbahçe“(Fənərbaxça) ilə bağlı İngiltərə mətbuatından təəccüblü iddia gəlib. İstənilən futbolçunun Jose Mourinhonun adı açıqlanarkən: “Ronaldonun qəzəbinə tuş gəlmək riskini alıb”- ifadələrini işlətməklə, Cristiano Ronaldonun bu transferə çox əsəbiləşəcəyi bildirilib.

Sporaz.tv məlumat verir ki, hücum xəttində kreativ futbolçu seçimlərini artırmaq istəyən “Fenerbahçe”-nin bir müddətdir “Al Nassr“(Əl Nəsr)-da çıxış edən Anderson Talisca ilə maraqlandığı iddia edilirdi.

Cristiano Ronaldo ilə eyni komandada çıxış edən Taliscada “Fenerbahçe”-nin da əli olduğu da İngiltərə mətbuatında yayılıb.

“Fenerbahçe”-nin mümkün Talisca transferinin Ronaldonu qəzəbləndirəcəyi bildirilib. Sport Bible-da dərc olunan xəbərdə: “Mourinho, Ronaldonun qəzəbinə tuş gəlmək riskini götürdü”- deyilirdi.

Xəbərdə Taliscanın itirilməsinin “Al Nassr” üçün böyük problem yaradacağı və bu vəziyyətin komandaya zərbə vuracağı bildirilib.

Talisca bu mövsüm “Al Nassr”-ın heyətində 17 oyun keçirib. 30 yaşlı futbolçu bu matçlarda 8 qola imza atıb.

Leave a Reply