Mourinhonun İrfan Can Kahveci planı

Bakı, 9 sentyabr, Sporaz.tv

Ötən mövsüm Fenerbahçe (Fənərbaxça)-da sağ cinahda uğurlu çıxışı ilə diqqət çəkən İrfan Can Kahveci üçün baş məşqçi Jose Mourinhonun fərqli plan qurduğu iddia edilib.

Sporaz.tv xəbər verir ki, Fenerbahçe (Fənərbaxça)-nın baş məşqçisi Jose Mourinhonun ötən mövsüm sağ cinahda çıxış edən İrfan Can Kahvecini fərqli vəzifəyə təyin edəcəyi bildirilib.

Mourinho, İrfan Canı Fredin oynamadığı matçlarda yarımmüdafiədə istifadə etməyi planlaşdırır.

Portuqaliyalı çalışdırıcı, 8 və 10 nömrələrdə sarı-göylü futbolçuya daha çox şans verəcək.

İrfan Can Kahveci, əsasən sağ cinahda oynadığı ötən mövsüm, 18 qol və 12 məhsuldar ötürmə ilə karyera rekordunu qırıb.

Leave a Reply