Bakı, 12 iyun, Sporaz.tv
Fenerbahçe (Fənərbağça)-nın yeni baş məşqçisi Joze Mourinho AVRO 2024 ilə bağlı proqnozlarını açıqlayıb.
Almaniyanın ev sahibliyi edəcəyi AVRO-2024-ün başlamasına çox az vaxt qalıb.
Sporaz.tv xəbər verir ki, Fenerbahçe (Fənərbağça)-nın yeni baş məşqçisi Joze Mourinho, TNT Sports kanalına AVRO 2024 ilə bağlı proqnozlarını açıqlayıb.
Dünya şöhrətli çalışdırıcı Portuqaliyanın AVRO-2024-ü qazanacağını, İngiltərənin isə ikinci olacağını bildirib.
Joze Mouriho AVRO-2024-ün sürpriz komandalarının İtaliya, Hollandiya, İspaniya və Almaniya olacağını proqnozlaşdırıb.
Qızıl ayaqqabının sahibinin Harri Keyn olacağını bildirən portuqaliyalı çalışdırıcı, turnirin ən yaxşı oyunçusunun Jude Bellinqhem olacağını bildirib.