Mourinhodan Talisca qərarı

Bakı, 13 sentyabr, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça) rəhbərliyinin Anderson Talisca üçün Al Nassr (Əl Nassr) ilə anlaşdığı iddia edilsə də, bu transferə baş məşqçi Jose Mourinho veto qoymuşdu.

Sporaz.tv xəbər verir ki, transfer dövrünün son günü girdiyi bir vaxtda Səudiyyə Ərəbistanının Al Nassr (Əl Nassr) komandasında çıxış edən “Beşiktaş“ın sabiq futbolçusu Anderson Taliscanın Fenerbahçe (Fənərbaxça)-nın qapısından döndüyü iddia edilib.

Sarı-göylülərin hər məsələdə Talisca ilə razılaşdığı, lakin baş məşqçi Jose Mourinhonun komandanın planlamasını nəzərə alaraq bu transferə veto qoyduğu öyrənildi.

Braziliyalı futbolçunu heyətə qatmaq üçün Səudiyyə Ərəbistanının Al Nassr (Əl Nassr) komandası ilə 10 milyon avroluq transfer qarşılığında anlaşan rəhbərlik 30 yaşlı futbolçunu razı salsa da, Mourinho bu transferə “ehtiyac hiss etmirəm” cavabını verib.

Sambacıya veto qoyan Jose Mourinho, daha çox qaçacaq, oyunun hər iki tərəfində oynayacaq və müdafiəyə yüksək töhfə verəcək bir yarımmüdafiəçi planladığını bildirib.Sebastian Szymankinin Taliscadan daha çox öz sisteminə uyğun olduğunu bildirən portuqaliyalı çalışdırıcı, “Komandamızda Szymanki var, Taliscaya ehtiyac yoxdur”- cavabını verib.

Leave a Reply