Mourinhodan sürpriz qərar

Bakı, 11 avqust, Sporaz.tv

Dünən axşam Super Liqada “Fenerbahçe“nın “Adana Demirspor“a 1:0 hesabı ilə qalib gəlişindən sonra “sarı-göylü” komandanın baş məşqçisi Jose Mourinho çərşənbə axşamı “Lille“lə oynayacaqları matçla bağlı sürpriz addım atıb.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe” Trendyol Super Liqasının ilk həftəsində evdə qəbul etdiyi “Adana Demirspor”u 1:0 hesabı ilə məğlub edərək mövsümə 3 xalla başlayıb.

Bu matçdan sonra “sarı-göylülər”in diqqəti Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Lille”lə qarşılaşacaq revanş oyununa yönəlib.

“Fenerbahçe”nin baş məşqçisi Joze Mourinho, Adana Demirspor matçından sonra təşkil etdiyi mətbuat konfransında stadiondan komanda avtobusu ilə Samandıra Can Bartu Təsislərinə gedərək düşərgəyə girəcəklərini açıqladı.

Əvvəllər belə məşq etməyən portuqaliyalı çalışdırıcı “Lille” matçı üçün komandasını 3 gün əvvəl düşərgəyə aparıb.

Bahar Rüstəm