Mourinhodan sonra Sofyan Amrabatla qərarı

Bakı, 23 sentyabr, Sporaz.tv

Jose Mourinho daha sonra “Fenerbahçe“nin “Galatasaray” derbisinə qatılan Sofyan Amrabat üçün tərif dolu ifadələr işlədib. “Sarı-göylülər”in portuqaliyalı çalışdırıcısı mərakeşli futbolçunu daimi olaraq ilk 11-liyə yerləşdirməyə hazırlaşır. Amrabatın Avropa Liqasında “Fenerbahçe”nin “Union Saint-Gilloise” ilə qarşılaşmasında yeni mərhələyə qədəm qoyacağı gözlənilir.

Sporaz.tv xəbər verir ki, “Kasımpaşa” matçında əvəzedici heyətlə meydana çıxan Sofyan Amrabat “Galatasaray” matçının ikinci yarısında İsmail Yükseki əvəzləyib.

Jose Mourinho Avropa Liqasında oynanılacaq “Union Saint-Gilloise” matçında ilk 11-də mərakeşli futbolçunu meydana çıxaracaq. Beləliklə, Amrabat ilk dəfə “Fenerbahçe” forması ilə ilk 11-lik matçına başlayacaq. Bildirilib ki, portuqaliyalı çalışdırıcı Amrabatı yarımmüdafiənin yeni zarafatçısı kimi müəyyənləşdirəcək.

28 yaşlı futbolçu “Fenerbahçe”da 2 oyun keçirib. Bu qarşılaşmalarda heç bir qol və məhsuldar ötürmə verməyən Amrabat 54 dəqiqə meydanda qalıb.

Bahar Rüstəm

Leave a Reply