Mourinhodan ilk açıqlama: “Mən çətinlikləri sevirəm”

Bakı, 1 iyun , Sporaz.tv

İlk açıqlamalar “Fenerbahçe” ilə anlaşan portuqaliyalı baş məşqçi Joze Mourinhodan gəlib. Mourinyo, “Çempionlar Liqasına vəsiqə qazanmaq asan olmayacaq. Çünki 3 turdan keçmək məcburiyyətindəyik. Çətin olacaq, amma çətinlikləri xoşlayıram”.

Sporaz.tv xəbər verir ki, Joze Mourinho sarı-göylü komandanın UEFA Çempionlar Liqasında qruplara vəsiqə qazanma şansları ilə bağlı açıqlamalar verib.

Portuqaliyalı baş məşqçi deyib:

“Çempionlar Liqasında iştirak etmək asan olmayacaq. Çünki qarşıda qarşıda 3 tur var. “Fenerbahçe”de 8 futbolçu Avro 2024-də olacaq. İlk oyunlar öncəsi hazırlıq düşərgəsində iştirak edə bilməyəcəklər. Amma mən Çempionlar Liqası üçün mübarizə aparacağam“.

Vüqar ALIŞOV