“Mourinho”dan ilk gün paylaşımı

Bakı, 20 iyun, Sporaz.tv

Fenerbahçe (Fənərbağça)-nın yeni baş məşqçisi Jose Mourinho, yeni mövsüm üçün fəaliyyətə başladığını ictimaiyyətə bildirib.

Sporaz.tv xəbər verir ki, İstanbula gələn portuqaliyalı məşqçi, bu gündən rəsmi olaraq Samandıra Can Bartu Təsislərində vəzifəsinə başlayıb.

Şəxsi sosial media hesabında Fenerbahçe (Fənərbağça) geyimi ilə fotosunu paylaşan təcrübəli məşqçi Fenerbahçe (Fənərbağça)-nı da etiketləyib və “1 gün”- yazısını qeyd edib.

İyunun 22-23-də sarı-göylü komandada sağlamlıq yoxlamaları və testlər aparılacaq. Fenerbahçe (Fənərbağça) daha sonra 24-29 iyun tarixləri arasında düşərgə məşqi üçün Düzcedəki Fenerbahçe Topuk Yaylası Təsislərinə gedəcək.

Sarı-göylü komandanın düşərgə hazırlığının ikinci mərhələsi iyulun 2-dən 13-dək Avstriyanın Bad Valtersdorf bölgəsində keçiriləcək.

Sarı-göylü komanda, Avstriya düşərgəsində iyulun 6-da şənbə günü “Admira Wacker”, çərşənbə günü “Hajduk Split” və iyulun 13-də isə Strasburqla yoldaşlıq oyunu keçirəcək.