“Mourinho liqaya prestij gətirdi”

Bakı, 9 sentyabr, Sporaz.tv

Transfer səylərini davam etdirən “Galatasaray“la bağlı təəccüblü iddia ortaya atılıb. İspaniya mətbuatı sarı-qırmızılıların dünya şöhrətli müdafiəçi Sergio Ramosa təklif etdiyini yazıb.

Sporaz.tv xəbər verir ki, Transfer pəncərəsi sona yaxınlaşarkən “Galatasaray”la bağlı diqqəti çəkən iddia ortaya atılıb.

“El Nacional” “Galatasaray”ın hazırda boş olan 38 yaşlı dünyaca məşhur müdafiəçi Sergio Ramosa təklif etdiyini iddia edib.

Xəbərdə bu mövsüm Super Liqada mühüm transferlərin reallaşdığı, Joze Mourinyonun “Fenerbahçe”yə transfer olmasının bu transferlərin yolunu açdığı bildirilib.

Jose Mourinhonun Super Liqaya etibar və prestij gətirdiyi və buna görə də liqanın Avropa futbolunda önəmli isimlərdən diqqət çəkdiyi bildirilib.

Xəbərdə o da bildirilirdi ki, Ramos karyerasının son dövründə rəqabətli liqada mübarizə aparmaq imkanı ilə maraqlana bilər.

Sergio Ramos ötən mövsüm “Sevilla”nın heyətində 37 matçda iştirak edib. 3 min 301 dəqiqə meydanda qalan 38 yaşlı müdafiəçi 7 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Bahar Rüstəm

Leave a Reply