Mourinho istədi, “Fenerbahçe” hərəkətə keçdi

Bakı, 22 iyul, Sporaz.tv

Transfer səylərini davam etdirən “Fenerbahçe”nin Fredin yanında top texnikası yaxşı olan yarımmüdafiəçi istədiyi bildirilib. “Sarı-göylü” komandanın bu bölgə üçün ayırdığı transfer büdcəsi açıqlanıb.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin yarımmüdafiə üçün ilk hədəflərindən olan Pierre-Emile HojbjergMarsilya“lə anlaşıb.

Sarı-göylü komandanın bu bölgə üçün ikinci seçimi Sofyan Amrabatdır. Transfer qiyməti “Fiorentina“da olan futbolçunun meneceri ilə əlaqə saxlandığı iddia edilib.

“Sarı-göylü” komandanın siyahısındakı digər ad Sander Bergedir.

Sarı-göylü komandanın “Burnley” forması geyinən futbolçu üçün cəhdlərə başlaması gözlənilir.

“Fenerbahçe”nin yarımmüdafiəçi üçün transfer büdcəsi 15 milyon avrodur.

Bahar Rüstəm