Bakı, 22 iyul, Sporaz.tv
Transfer səylərini davam etdirən “Fenerbahçe”nin Fredin yanında top texnikası yaxşı olan yarımmüdafiəçi istədiyi bildirilib. “Sarı-göylü” komandanın bu bölgə üçün ayırdığı transfer büdcəsi açıqlanıb.
Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin yarımmüdafiə üçün ilk hədəflərindən olan Pierre-Emile Hojbjerg “Marsilya“lə anlaşıb.
Sarı-göylü komandanın bu bölgə üçün ikinci seçimi Sofyan Amrabatdır. Transfer qiyməti “Fiorentina“da olan futbolçunun meneceri ilə əlaqə saxlandığı iddia edilib.
“Sarı-göylü” komandanın siyahısındakı digər ad Sander Bergedir.
Sarı-göylü komandanın “Burnley” forması geyinən futbolçu üçün cəhdlərə başlaması gözlənilir.
“Fenerbahçe”nin yarımmüdafiəçi üçün transfer büdcəsi 15 milyon avrodur.
Bahar Rüstəm