Mourinho iki futbolçunun biletini kəsib

Bakı, 15 iyul, Sporaz.tv

Fenerbahçenin baş məşqçisi Jose Mourinhonun Avstriya düşərgəsindən sonra iki əcnəbi futbolçu ilə davam etməməyə qərar verdiyi iddia edilib.

Sporaz.tv məlumat verir ki, 2024-25 mövsümü hazırlıqlarının ikinci mərhələsi olan Avstriya düşərgəsini başa vuran “Fenerbahçe” İstanbula qayıdıb və komandadan ayrılacaq futbolçular dəqiqləşməyə başlayıb.

Sarı-göylülər heyətində gözlənildiyi kimi çıxış edə bilməyən Miguel CrespoMiha Zajc komandadan göndəriləcək.

Məşqçi Jose Mourinhonun hər iki futbolçunun çıxışını bəyənmədiyi öyrənilib.

30 yaşlı Zajc və 27 yaşlı Kresponun satış siyahısına salındığı, təklif olmadığı təqdirdə müqavilənin ləğvinin gündəmdə olacağı bildirilib.

Sarı-göylülərin ötən mövsüm fasilədə “Rayo Vallecano”ya icarəyə verdiyi Krespo La Liqada keçirdiyi 15 matçdan yalnız 4-nə ilk 11-də başlayıb və 531 dəqiqə meydanda qalıb.

Müqaviləsi 2026-cı ildə başa çatacaq Zajc ötən mövsüm 20 yarışda 1087 dəqiqə meydanda olub.