Mourinho, Ferdi Kadıoğlunun yerinə 30 milyon avroluq transfer istəyir

Bakı, 13 avqust, Sporaz.tv

Jose Mourinhonun “Tottenham“də çalışdığı müddətdə 30 milyon avroya komandaya gətirdiyi sol cinah müdafiəçisini “Fenerbahçe“(Fənərbağça)-da istədiyi iddia edilirdi. Ferdi Kadıoğlunun yerinə alternativ adlara üz tutan Mourinhonun keçmiş tələbəsini ilişdirdiyi iddia edilib.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”də transfer fəaliyyəti davam edərkən bir nömrəli gündəm mövzusu Ferdi Kadıoğlunun gedişidir.

Türkiyəli futbolçunun mümkün vidasına qarşı gedişlərini hazırlayan Jose Mourinhonun keçmiş tələbəsini istədiyi bildirilir.

Jose Mourinho, “Tottenham”də çalışarkən 30 milyon avroya transfer etdiyi Sergio Reguilon “Fenerbahçe”yə istəyir.

Xəbərdə, “sarı-göylər”in Sergio Reguilonu icarəyə götürmək istədiyi, lakin futbolçunun müqaviləsinin son ilində olduğu üçün “Tottenham”ın bunu bəyənmədiyi vurğulanıb.

Yenə də müqavilədə məcburi alış opsiyasının yer alacağı təqdirdə transferin baş tuta biləcəyi xəbərlərdə qeyd olunub.

Ötən mövsümün ilk yarısını “Manchester United”-də, ikinci yarısını isə “Brentford”da icarə əsasında keçirən Sergio Reguilon ümumilikdə 28 matçda 4 məhsuldar ötürmə edib.