Mourinho bir şərtlə Ferdi Kadıoğlunun gedişinə razılıq verəcək

Bakı, 22 avqust, Sporaz.tv

Ferdi KadıoğluBrighton“a transferi üçün geri sayır. Jose Mourinhonun solaxay müdafiəçi alması müqabilində ulduz futbolçunun gedişinə razılıq verəcəyi iddia edilirdi.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin futbolçusu Ferdi Kadıoğlunun 35 milyon avroya Premyer Liqa təmsilçisi “Brighton”a transfer olunacağı gözlənilir.

“Sarı-göylər”in heyətində ulduz futbolçunun gedişindən sonra onun yerinə kimin keçəcəyi maraq doğurur.

Ferdi Kadıoğlunun “Fenerbahçe”dan ayrılacağı ssenarini nəzərə alaraq, Jose Mourinhonun rəhbərlikdən yeni tələb irəli sürdüyü iddia edilib.

Sol cinahda Oosterwolde oynatmağı planlaşdıran Mourinho, Ferdi Kadıoğlunun ayrılacağı təqdirdə rəhbərlikdən müdafiəyə möhkəmlətmə istəyib.

Sol cinah müdafiəçisi deyil, sol ayaqlı müdafiəçi istədiyi iddia edilən Mourinhnun Bekao və Djiku üçün qeyri-kafi olduğu bildirilib.

Mourinhonun istəyi ilə işə başlayan “Fenerbahçe”nın Calvin Bassey adını gündəmə gətirdiyi iddia edilib.

“Fulham”də çıxış edən və bazar dəyəri 16 milyon avro olan solaxay futbolçu sürəti və bədən quruluşu ilə diqqət çəkir.

Bahar Rüstəm