Mourinho, ayrılacaqğı iddia edilən Cengiz Ünderlə görüşüb

Bakı, 16 avqust, Sporaz.tv

Fenerbahçe (Fənərbağça) ilə yollarını ayırdığı iddia edilən Cengiz Ünder, baş məşqçi Jose Mourinho ilə görüşüb.

Sporaz.tv xəbər verir ki, “Lugano” və “Lill” matçları üçün UEFA siyahısına daxil edilməyən və “Adana Dəmirspor” matçında əvəzedici heyətdə gözləyən Cengiz Ünderlə bağlı Fenerbahçe (Fənərbağça)-nın baş məşqçisi Jose Mourinhodan sürpriz hərəkət gəlib.

Mourinho, sarı-göylü komandadan atıldığı iddia edilən Cengizlə təkbətək görüşüb.

Portuqaliyalı çalışdırıcı, 27 yaşlı futbolçudan gözləntilərini və daha çox çalışması lazım olduğunu açıqlayıb.

Transferi üçün 15 milyon avro ödənilən milli futbolçudan Fenerbahçe (Fənərbağça) rəhbərliyi də faydalanmaq istəyir.

Jose Mourinhonun sabah Super Liqada oynanılacaq Göztəpə matçı üçün Cengiz Ünderi də heyətə qatmasının gözlənildiyi də bildirilib.