Mourinho 9 oyunçunun üstündən xətt çəkdi

Bakı, 23 iyul, Sporaz.tv

Fenerbahçe“nin baş məşqçisi Jose Mourihonun Lugano matçından əvvəl UEFA siyahısına yazmadığı 9 adın gedişinə razılıq verdiyi bildirilib. Bu adlar arasında transfer qiyməti ilə Fenerbahçe tarixinə düşən milli futbolçu da var.

 Sporaz.tv məlumat verir ki, “Fenerbahçe” yeni mövsümdə ilk rəsmi matçını Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Lugano“ya qarşı keçirəcək. Bu matç üçün adları UEFA-ya bildirilməyən sarı-göylülərin 9 futbolçusunun komandadan ayrılacağı iddia edilib. Bu adlar arasında 15 milyon avroluq transfer qiyməti ilə Fenerbahçe tarixinin ən bahalı transferi olan Cengiz Ünderin də olduğu bildirilir. “Fenerbahçe”dən icarəyə və ya daimi olaraq ayrılacağı ilə bağlı xəbərlər yayılan 9 futbolçu bunlardır:

1- Cengiz Ünder

2- Samet Akaydin

3- Levent Mercan

4- Luan Peres

5- Miguel Crespo

6- Miha Zajc

7- Emre Mor

8- Burak Kapacak