Bakı, 10 oktyabr, Sporaz.tv
Ara transfer dövründə “Fenerbahçe“dən ayrılacaq ilk adlar bəlli olur. Jose Mourinhonun istədiyi səviyyəyə çata bilməyən iki futbolçunun icarəyə verilməsi gündəmdədir.
Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin baş məşqçisi Jose Mourinhonun istədiyi səviyyəyə çata bilməyən iki futbolçunun ayrılığı qaçılmazdır.
Ara transfer dövründə “Fenerbahçe”dən ayrılan ilk futbolçular Oğuz Aydın və Levent Mercandır.
“Alanyaspor”dan 6 milyon avroya transfer olunan Oğuz Aydının bəxti gözlənildiyindən qat-qat az olub.
23 yaşlı futbolçu 3 matçda ümumilikdə 22 dəqiqə meydanda olsa da, nə qol, nə də məhsuldar ötürmə verə bildi.
“Sarı-göylülər”in 2 milyon avroya Fatih Karagümrükdən heyətinə qatdığı Levent Mercan cəmi 9 dəqiqə oynamaq şansı qazanıb.
Jose Mourinhonun hesabatı istiqamətində ara transferdə addımlar atacaq “Fenerbahçe” rəhbərliyinin komandadan Oğuz Aydın və Levent Mercanı icarəyə göndərəcəyi gözlənilir.
Bahar Rüstəm