Montellanın şahzadələri

Bakı, 8 iyul, Sporaz.tv

1/4 finalda Hollandiyaya uduzaraq AVRO-2024-lə vidalaşan Türkiyə millisinin baş məşqçisi Vincenzo Montella bütün matçlarda Barış Alper YılmazFerdi Kadıoğluya forma verib və 90 dəqiqə meydanda saxlayıb.

Sporaz.tv xəbər verir ki, AVRO-2024-lə 1/4 finalda vidalaşan millinin baş məşqçisi Vincenzo Montella namizəd heyətdəki 26 futbolçudan 23-nə oynamaq şansı verib. Vinçenzo Montella 3-ü qrupda olmaqla ümumilikdə 5 matçda “aypara-ulduzlu” komandanın 23 futbolçusundan yararlanıb.

Türkiyə millisinin AVRO-2024-ün heyətində yer alan 3 futbolçunun turnirdə oynamaq şansı olmayıb. Vaxt tapa bilməyən adlar; Qapıçı Uğurcan Çakır, müdafiəçi Ahmetcan Kaplan və hücumçu Bertuğ Yıldırım.

Türkiyə millisinin AVRO 2024 macərasında ən çox oynayan futbolçular Barış Alper Yılmaz və Ferdi Kadıoğlu kimi diqqət çəkib. Millinin keçirdiyi 5 oyunun hamısında ilk 11-də başlayan Barış Alper və Ferdi bu qarşılaşmaların hamısında meydanda qalıb. Hər iki futbolçu əlavə vaxt nəzərə alınmadan 450 dəqiqə oynayıb.

Vinçenzo Montellanın qolda ilk seçimi təcrübəli qapıçı Mert Günok oldu. Mert Günok ilk 11-də 4 matça çıxıb və 360 dəqiqə meydanda olub. Yalnız zədə səbəbindən 3:0 hesabı ilə uduzduğu Portuqaliya ilə matçda Mert qoldakı yerini tuta bilməyib.

Montella müdafiədə ən çox Abdülkerim Bardakcını meydanda saxladı. Cəzalı olduğu üçün Avstriya matçında oynaya bilməyən Abdülkerim qalan 4 matçın hamısında meydanda qalıb və 360 dəqiqə meydanda qalıb. Cəzalı olduğu üçün bir matçda meydana çıxa bilməyən Samet Akaydın 4 matçda 337 dəqiqə meydanda olub. Samet Hollandiya matçında zədələndiyi üçün oyunu tərk edib. Həm müdafiəçi, həm də yarımmüdafiədə oynayan Kaan Ayhan 5 matçda şans qazanıb və 361 dəqiqə meydanda qalıb. Sağ cinahda oynayan Mert Müldür 4 matçda 347 dəqiqə şans qazanıb.

Millinin AVRO-2024 matçlarında ən az oyun keçirən iki futbolçu İrfan Can Kahveci və Semih Kılıçsoy olub. Polşa ilə yoldaşlıq oyununda zədələnən İrfan Can Kahveci turnirin əksər hissəsində müalicəsini davam etdirib. İrfan yalnız Avstriya matçının son hissəsində oyuna daxil olub və əlavə vaxt da daxil olmaqla 11 dəqiqə meydanda qalıb. Gənc hücumçu Semih Kılıçsoy 1/4 finalda Hollandiya ilə matçda oynamaq şansını qazanıb. 89-cu dəqiqədə Kaan Ayhanın yerinə oyuna daxil olan Semih əlavə vaxt da daxil olmaqla 7 dəqiqə meydanda olub.

Aypara-ulduzlu futbolçuların AVRO-2024-də meydanda qalma müddəti belə olub:

OyunçuMatçÜmumi vaxt (dəqiqə)
Barış Alper Yılmaz5450
Ferdi Kadıoğlu5450
Kaan Ayhan5361
Mert Günok4360
Abdülkerim Bardakcı4360
Hakan Çalhanoğlu4356
Kenan Yıldız5347
Mert Müldür4347
Arda Güler5342
Samet Akaydin4337
Merih Demiral4206
Orkun Kökçü4221
Salih Özcan4155
İsmail Yüksek3153
Kerem Aktürkoğlu5103
Zeki Çelik3103
Altay Bayındır190
Yunus Akgün170
Yusuf Yazıcı256
Okay Yokuşlu352
Cenk Tosun223
İrfan Can Kahveci111 (Əlavə vaxtda daxil olmaqla)
Semih Kılıçsoy17 (Əlavə vaxtda daxil olmaqla)

Bahar Rüstəm