Montelladan Arda Güler ​​haqqında açıqlama

Bakı, 21 iyun, Sporaz.tv

Türkiyə Futbol Komandasının baş məşqçisi Vincenzo Montella Portuqaliya matçı öncəsi açıqlama verib. Portuqaliyanın mükəmməl komanda olmadığını deyən Montella, Arda Güler ​​ilə bağlı qərarı sabah verəcəklərini bildirib.

Sporaz.tv məlumat verir ki, baş məşqçi Vincenzo Montella Portuqaliya matçından əvvəl danışıb. İsmail Yüksekin vəziyyətinin yaxşı olduğunu deyən Montella, Arda Gülerdə yüngül yorğunluq əlaməti olduğunu və futbolçu ilə bağlı qərarı sabah verəcəklərini bildirib.

Montellanın açıqlamaları belədir:

“Bunu demək lazımdır; hər dörd gündən bir oynayanda zehni enerjini bərpa etməlisən. Sonra fiziki enerjini bərpa etməlisən, amma ona baxanda heç bir komanda mükəmməl deyil. Biz öz müsbət və mənfi cəhətlərimizi bilirik. Biz öz üstünlüklərimizi artıraraq irəliləməyə çalışırıq.

Portuqaliyanın mükəmməl komanda olduğunu düşünmürəm. Onların da öz mənfi cəhətləri var, biz onlardan xəbərdarıq. Biz də onları tanıyırıq.

Bilirsiniz ki, mən əvvəlcədən məlumat verməyi sevmirəm, amma İsmayıl Yüksekin vəziyyəti çox yaxşıdır. O, müntəzəm olaraq məşq etməyə davam edir. Ola bilsin ki, sabah, bəlkə əvvəldən, bəlkə də sonradan oyuna qoşula bilər. Təbii ki, bu məlumatı sizə verməyəcəyəm.

Əslində bir neçə dəyişiklik ola bilər, olmaya da bilər. Arda Gülerin vəziyyətinə yaxşı baxmaq lazımdır. Yüngül yorğunluq əlaməti var. Risk etməyə dəyər, ya yox, sabah qərar verəcəyik.

Cristiano Ronaldo inanılmaz oyunçudur. Bir mövsümdə 50 qol vura bilən futbolçudur. Belə bir oyunçuya sahib olduqları üçün çətin matç olacağını deyə bilərəm.

Biz öz kimliyimizə, öz oyunumuza diqqət yetirəcəyik. Biz güclü tərəflərimizi üstünlüklərə çevirməliyik. Səbirli oyunumuzu birlik və həmrəylik içində göstərməliyik. Məqsədimiz topa sahib olmaqdır. Portuqaliya da belədir. Topu ayağımızda saxlamağı təkmilləşdirməliyik.

Daha yaxşı müdafiə mövqeyimiz olmalıdır. Buna nail olmaq bizim hücumçularımızdan başlayır. Müdafiədə yaxşı olandan sonra biz artıq hücum oyunçularımızın nə qədər yaxşı olduğunu bilirik. “Gürcüstan matçında biz 22, onlar isə 12 zərbə vurdular”.