“Monako” bir qolla üç xala yiyələnib

Bakı, 25 aprel, Sporaz.tv

Fransa Birinci Futbol Liqasında (Liqa 1) ikinci olan “Monako” öz meydanında “Lill”i 1:0 hesabı ilə məğlub edib.

Sporaz.tv xəbər verir ki, Liqanın 30-cu həftəsində keçirilən matçda “Monako” 61-ci dəqiqədə Yusuf Fofananın qolu ilə 1-0 önə keçib. Qarşılaşmada başqa qol olmadığından Monako 1:0 hesablı qələbə qazanıb.

“Lill”də çıxış edən milli futbolçu Yusuf Yazıcı 66-cı dəqiqədə oyuna daxil olub.

PSG“(PSJ) 69 xalla Liqa 1-də liderliyini qoruduğu halda, ən yaxın izləyicisi 58 xalla Monako olub. “Lill” 52 xalla 4-cü yerdədir.

Vüqar Alışov