“Monaco”nun gənc ulduzu Mbappeni geridə qoyub tarix yazdı

Bakı, 20 sentyabr, Sporaz.tv

UEFA Çempionlar Liqasında “Monaco” “Barcelona“nı 2-1 hesabı ilə məğlub edərək liqa mərhələsinə qələbə ilə başlayıb.

Sporaz.tv xəbər verir ki, Çempionlar Liqasında liqa mərhələsinin ilk həftəsinə dünən keçirilən oyunlarla yekun vurulub.

La Liqaya 5-ə 5-lə başlayan Barcelona, bu mövsüm rəsmi matçlarda ilk məğlubiyyətini alıb.

“Barcelona”nın yeganə qolunu komandanın ulduz futbolçusu Lamine Yamal vurub. Ev sahibi “Monaco”nun qollarının müəllifləri isə Maghnes Akliouche və George Ilenikhena olub.

71-ci dəqiqədə vurduğu qolla “Monaco”ya qələbə qazandıran George Ilenikhena, klub tarixində Çempionlar Liqasında qol vuran ən gənc futbolçu olub. Bundan əvvəlki rekord Kylian Mbappeyə məxsus idi.

18 yaşlı futbolçu, bu mövsüm də ilk dəfə qol vurub. İlenikhena mövsümün əvvəlində “Royal Antwerp”dən “Monaco”ya keçib.

Leave a Reply