MLS tarixinə düşdü: İlk matçını 14 yaşında keçirdi

Bakı, 18 iyul, Sporaz.tv

Cavan Sullivan, Philadelphia Union‘ın New England’ı 5-1 məğlub etdiyi MLS matçında ilk matçını keçirdi. Philadelphia Union-ın 14 yaşlı oyunçusu liqa tarixində oynayan ən gənc oyunçu oldu.

Sporaz.tv xəbər verir ki, Philadelphia Union, New England-ı qəbul etdiyi matçda fərqlənərək qalib gəldi.

Rəqibini 5:1 hesabı ilə məğlub edən və meydandan qalib ayrılan “hiladelphia Union”un qollarını Tai Baribo (3), Yakob Glesnes və Quinn Sullivan vurub.


Qarşılaşmanın 85-ci dəqiqəsində Cavan Sullivan oyunda het-trik edən Tai Baribonu əvəzləyərək ev sahibi Philadelphia Union-ın heyətində oyuna daxil olub.

Beləliklə, 14 yaşlı Sullivan MLS tarixində oynayan ən gənc oyunçu oldu. Sullivan, “Bu, yalnız başlanğıcdır. Məni uzun bir səyahət gözləyir. Önəmli olan şey harda başladığınız deyil, harda bitirdiyinizdir” -dedi.

Liqada əvvəlki rekord Freddy Aduya məxsus idi. Adu, MLS-də debütünü 2004-cü ildə edib.


İngiltərə Premyer Liqa komandalarından olan Manchester City (Mançester Siti), Cavan Sullivanın transferi üçün klubu ilə razılığa gəlib.

İki komanda arasındakı razılaşmaya əsasən, Sullivan 18 yaşı tamam olandaManchester City (Mançester Siti)-yə keçəcək.