Misli Premyer Liqasının 5 klubu cərimələnib

Bakı, 24 sentyabr, Sporaz.tv

AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

Sporaz.tv xəbər verir ki, Misli Premyer Liqasının VII turunun “Turan Tovuz”la oyununda 5 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” 700 manat cərimə edilib. Görüş vaxtı meydançaya kənar əşyalar atıldığına görə Tovuz təmsilçisi 800 manat ziyana düşüb.

“Səbail” – “Sabah” matçında ev sahibi komandanın 7, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün klubların hər ikisi 700 manat cərimələnib. Bundan başqa, “Səbail”in azarkeşlər tərəfindən hakimlərin və qonaq komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “dənizçilər”ə xəbərdarlıq edilib.

“Zirə” oyunda Əsasnamənin tələbləri pozulduğuna görə “Sumqayıt” 500 manat cərimə ödəyəcək.

Leave a Reply