Bakı, 25 oktyabr, Sporaz.tv
Bu gün futbol üzrə Misli Premyer Liqasının XI turu start götürüb.
Sporaz.tv xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Qərb derbisində “Turan Tovuz” və “Kəpəz” komandaları üz-üzə gəlib. Tovuz Şəhər Stadionunda baş tutan görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 15-ci dəqiqədə “Turan Tovuz”un oyunçusu Veysəl Rzayev açıb. “Kəpəz”in futbolçusu Luis Paçu 76-cı dəqiqədə penalti nəticəsində hesabı bərabərləşdirib. Tovuz klubuna qələbə gətirən qol isə əsas vaxta əlavə olunan 3-cü dəqiqədə vurulub, qolun müəllifi isə Emmanuel Hakman olub.
Oyundan sonra xallarını 24-ə çatdıran “Turan Tovuz” 2-ci pillədə qərarlaşıb. Gəncə şəhərinin təmsilçisi isə 3 xalla sonuncu – 10-cu sırada qalıb.
Qeyd edək ki, turun digər 4 oyunu oktyabrın 26-da və 27-də keçiriləcək.