Bakı, 19 oktyabr, Sporaz.tv
Azərbaycan Premyer Liqasında bu gün X turun daha iki görüşü baş tutacaq.
Sporaz.tv xəbər verir ki, əvvəlcə “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək.
Şamaxı şəhər stadionunda, saat 15:30-da keçiriləcək qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Bölgənin eyniadlı təmsilçisi hazırda 12 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Üçüncü yerdə olan Naxçıvan komandasının 17 xalı var.
“Səbail” komandası səfərdə “Neftçi”nin qonağı olacaq. “Neftçi” Arena”da saat 18:00-da keçiriləcək görüşün baş hakimi Rauf Cabarov olacaq. “Səbail” 7 xalla yeddinci yerdə qərarlaşıbsa, doqquzuncu pillədə olan Samir Abasovun komandası 5 xala malikdir.