Bakı, 22 sentyabr, Sporaz.tv
19:55
Bu gün Misli Premyer Liqasının 7-ci turunda “Səbail” – ” Sabah” matçı “Sabah”ın qələbəsi ilə başa çatdı.
Sporaz.tv xəbər verir ki, “Bayquşlar” 4-2 hesablı qələbə qazandı.
19:36
Bu gün Misli Premyer Liqasının 7-ci turunda “Səbail” – ” Sabah” matçında “Sabah” hesabda yenidən fərqi 2-yə qaldırıb.
Sporaz.tv xəbər verir ki, “Sabah” Pavol Safrankonun 76-cı dəqiqədə penlatidən vurduğu qolla hesabı 4-2 edib.
19:05
Bu gün Misli Premyer Liqasının 7-ci turunda “Səbail” – ” Sabah” matçında ikinci hissə başladı.
18:48
Bu gün Misli Premyer Liqasının 7-ci turunda “Səbail” – ” Sabah” matçında ilk hissə başa çatdı.
Sporaz.tv xəbər verir ki, “Səbail” “Sabah”ı qəbul edib. İlk hissə 3-2 hesabı ilə başa çatıb.
18:39
Bu gün Misli Premyer Liqasının 7-ci turunda “Səbail” – ” Sabah” matçında “Səbail” hesabda fərqi 1-ə endirib.
Sporaz.tv xəbər verir ki, “Dənizçilər” 39-cu dəqiqədə Fərid Abdullazadənin qolu ilə hesabı 3-2 etdi.
18:27
Bu gün Misli Premyer Liqasının 7-ci turunda “Sabail” – ” Sabah” matçında “Sabah” fərqi 3-ə qaldırdı.
Sporaz.tv xəbər verir ki, “Sabah” 27-ci dəqiqədə Jesse Sekidikanın qolu ilə hesabı 3-1 edib.
18:21
Bu gün Misli Premyer Liqasının 7-ci turunda “Sabail” – “Sabah” matçında “Sabah” hesabda irəli keçdi.
Sporaz.tv xəbər verir ki, “Sabah” 21-ci dəqiqədə İvan Lepçiniçanın qolu ilə hesabı 2-1 edib.
18:08
Bu gün Misli Premyer Liqasının 7-ci turunda Sabah Sabail matçında “Sabah” hesabı bərabərləşdirib.
Sporaz.tv xəbər verir ki, “Sabah” 8-cü dəqiqədə Joy Lens Mikelsin qolu ilə hesabı bərabərləşdirib.
18:04
Bu gün Misli Premyer Liqasının 7-ci turunda “Sabail” – “Sabah” matçında “Səbail” hesabı açıb.
Sporaz.tv xəbər verir ki, “Səbail” 4-cü dəqiqədə Amir Bilalinin qolu ilə hesabı açıb.
Asco Arenada baş tutan matç, 18:00-da start götürüb.
Bahar Rüstəm