Bakı, 6 oktyabr, Sporaz.tv
“Qarabağ” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, IX turun bağlanış oyununda səfərdə “Sumqayıt“-la qarşılaşan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv minimalhesablı qələbəyə sevinib.
Yeganə qolu 74-cü dəqiqədə Elvin Cəfərquliyev meydan sahiblərinin qapısından keçirib.
Ağdam təmsilçisi 21 xalla turnir cədvəlinə başçılıq edir. “Sumqayıt” isə 7 xalla səkkizinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Kəpəz” “Neftçi“-ni 4:3, “Səbail” “Şamaxı”-nı 2:0, “Turan Tovuz” isə “Zirə”-ni 1:0 hesabı ilə məğlub edib. “Sabah” – “Araz-Naxçıvan” oyunu isə heç-heçə yekunlaşıb – 1:1.