Misli Premyer Liqası: “Qarabağ”dan əzici qələbə

Bakı, 20 sentyabr, Sporaz.tv

Bu gün Misli Premyer Liqasının 7-ci turunun növbəti oyunu baş tutub.

Sporaz.tv xəbər verir ki, “Qarabağ” evində “Neftçi“ni qəbul edib.

 Azərsun Arenada baş tutan qqarşılaşmada “köhlən atlar” “Neftçi”-ni 4-0 hesabı ilə məğlub edib.

Qolları 18-ci dəqiqədə qonaq komandanın oyunçusu R.Bauer öz qapısına,31-ci dəqiqə Juninho, 45+3-cü dəqiqədə Benzia və 90+2-ci dəqiqədə Andrade vurub.

Qeyd edək ki, matç 20:00-da start götürüb.

Bahar Rüstəm

Leave a Reply