Misli Premyer Liqası: “Neftçi” “Sumqayıt” a qarşı

Bakı, 28 sentyabr, Sporaz.tv

Bu gün futbol üzrə Misli Premyer Liqasında VIII turun növbəti oyunları keçiriləcək.

Sporaz.tv xəbər verir ki, “Neftçi” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Saat 19:30-da start götürəcək görüşü Cavid Cəlilov idarə edəcək.Hələlik qələbəsi olmayan “ağ-qaralar” 4 xalla 9-cu, “kimyaçılar” isə 6 xalla 7-ci sıradadır.

Turun ikinci oyununda “Zirə” “Kəpəz”i sınağa çəkəcək. 17:00-da başlayacaq matçın referisi Rauf Cabarov olacaq. “Zirə” 12 xalla 5-ci, xalı olmayan “Kəpəz” isə sonuncu – 10-cu sırada qərarlaşıb.

Leave a Reply