Misir millisinin futbolçusu oyun zamanı vəfat edib

Bakı, 6 iyul , Sporaz.tv

Misirin “Fyuçe” klubunun və Misir millisinin futbolçusu “Ahmed Refaat (Əhməd Refat)”31 yaşında ürəktutmasından vəfat edib.

Sporaz.tv xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hadisə Misir çempionatının 11-ci turunda “El-İttihad (Əl-İttihad)”la matçda Refatın ürəyi dayanıb və o, huşunu itirərək yerə yıxılıb. Xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ə.Refat karyerası ərzində 211 oyun keçirib. O, Misir millisinin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.