Bakı, 29 may, Sporaz.tv
Milli Basketbol Assosiasiyasında (NBA) pley-off mərhələsinin oyunları davam edir.
Sporaz.tv xəbər verir ki, Qərb Konfransında “Dallas Maveriks” doğma meydanda “Minnesota Timbervulvz”u qəbul edib. Görüş qonaqların 105:100 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda “Dallas Maveriks” ümumi seriyada 3:1 hesabı ilə öndədir.
Komandalar arasında növbəti matç mayın 30-da keçiriləcək.
Qeyd edək ki, daha əvvəl “Boston Celtiks” “İndiana”yı seriyanın dörd oyununda da məğlub edərək finala yüksəlib.