“Minnesota” seriyada ilk qələbəsini qazanıb

Bakı, 29 may, Sporaz.tv

NBA Qərb Konfransı finalında Minnesota Timberwolves, Dallas Mavericks’i 105-100 məğlub etdi və ilk qələbəsi ilə seriyada hesabı 3-1 edib.

Sporaz.tv xəbər verir ki, NBA-nın pley-off mərhələsi bir matçla davam etdi. “Timberwolves” qonaq “Mavericks“i 5 xalla məğlub edib.

“Timberwolves”in heyətində Entoni Edvards 29, Karl-Entoni Tauns isə 25 xal toplayıb.Maveriklərin heyətində 28 xal, 15 ribaund və 10 məhsuldar ötürmə ilə “tripl-dubl” edən Luka Donçiçin effektiv çıxışı qələbə üçün kifayət etməyib.Bu qarşılaşmanın qalibi NBA finalında “Boston Celtics” ilə qarşılaşacaq.

Vüqar ALIŞOV