Minlərlə insana ümid verən Arda Turan

Bakı,21 may,Sporaz.tv

Tutduğu komandanın formasına aşiq. Ölkəsini Avropada təmsil etmək ümidinə aşiq. İndi Eyüpspor ilə yeni bir xəyala aşiq.

Bəs Arda Turan, hələ yeni başladığı baş məşqçilikdə Eyüpsporu necə çempion etdi? Futbolda necə bir mentalitet ortaya qoydu? Baş məşqçi karyerası üçün hansı siqnalları verdi?

Tarix 27 iyun 2019. Eyüpsultan Mədəniyyət mərkəzində Eflatun Sarının taleyini dəyişdirən o konqres baş tutdu.

2-ci Liqa Ağ qrupda mübarizə aparan Eyüpsporun yeni prezidenti, iş adamı Murat Özkaya,vitse prezidenti Fatih Kluaksız oldu.

2020-2021- də Zafer Turan ilə 1-ci Liqaya yüksələn Eyüpspor,pley-offda istədiyini tapmadıqdan sonra, digər sezon bir-birinin ardınca texniki adam dəyişikliyi yaşadı. Zafer Turan, Hamza Hamzaoğlu,İbrahim Üzülmez və 17 günlüyünə təkrar Zafer Turan gəlib getdikdən sonra idarəetmə artıq fərli bir axtarışa çıxdı.

Eyni Eyüpspor kimi axtarışda olan bir adam da var idi.

12 oktyabrda futbolu buraxdığını eşitdirən,yaşıl meydanlardan uzaqlaşmaq istəmədiyini hər fürsətdə dilə gətirən, başlanğıc üçün doğru yer və doğru zamanı gözləyən Arda Turanın butsilərini çıxarmağının üzərindən 185 gün keçmişdi.

Pley-off sərhəddində 6-cı sıradaki Göztəpə ilə 4-cü sıradakı Eyüpsporun qarşılaşmasına 2 gün qalmışdı. Ancaq, komandanı çalışdıracaq nəinki baş məşqçi, heç məşqçi belə yox idi.

Başda Babel və Ömer Bayram olmaqla, komandanın təcrübəli adları vitse-prezident Fatih Kulaksıza Arda Turan təklifi ilə getdi. Arda Turanın məşqçilik təcrübəsininin olmaması,ard-arda məşqçi dəyişikliyi ilə sancılı bir müddətdən keçən Eyüpsporun dinamikləri səbəbindən, gəlişinə isti münasibət göstərilmirdi. Bu sırada Arda Turan da sadəcə Super Liqanı deyil, Avropa futbolunu və 1-ci Liqanı yaxından izləyirdi.

Prezident Murat Özkayaya zəng edərək,şəxsən ” köməyə ehtiyacınız olarsa, əlimdən gələn hər şeyi etməyə hazıram”-dedi.

Arda Turan heç bir baş məşqçilik keçmişi olmamasına rəğmən bu mübarizəyə hazır idi.

Vitse-prezident ilə Arda Turan ilk dəfə gecə saat 2-də,kafedə görüşdülər. Arda Turan planlarından danışdı və 2 gün sonrakı Göztepe matçına komandanın başında çıxdı. Nəticə: Göztepe 1, Eyüpspor 0.

İkinci və üçüncü matçda nəticə bərabərlik, 4-cü matçda Boluspor 2, Eyüpspor 0 oldu.Beləliklə Arda Turanın Eyüpspor günləri çətinliklərələ başladı.

Medya komandanı diqqətlə xəbərlərdə daşıyır, itirilən hər xalda idaretmə səhv qərar qəbul etməklə,Arda Turan da tələskən davranmaqla tənqid edilirdi.

Əsl hekayə, sezonun sonunda başladı. Kitabın ilk səhifələri təzə açılırdı.

Süper Liqa üçün hazırlıqlar başladı. Arda Turan, oyun sistemi üçün yeni bir kadro yardılmasını istədi. Komanda olaraq çətin sınaqlardan keçdilər. Bodrumspor matçında tribuna ilə yaşanan gərginlik, meydandakı aksiyon, gözlənilməyən hadisələr… Bunların da öhdəsindən güclənərək gəldilər. Liqanın bitməsinə 5 həftə qalanda Süper Liqaya ilk dəfə yüksəlməni qarantiləyən Eyüpsporun qarşısında indi daha çox tikanlı və həyəcanlı bir yol var idi.

Futbolçu olduğu müddətdə adını dünyaya eşitdirən Arda Turan üçün, baş məşqçilik karyerası hələ təzə başlayır.

Bayrampaşa küçələrində bir xəyalla başlayan hekayə,artıq sadəcə Arda Turanın deyil, bir komandanın deyil,Arda Turana inanan minlərlə insanın hekayəsi…

Arda Turan Eyüpspor da olduğu müddətdə medyaya verdiyi açıqlamasında bu ifadələri dilə gətirmişdir:

“Deyəcəyim çox qısa bir şey var. Sizinlə çalışdığım üçün çox xoşbəxtəm. Bu gündən həyatımın sonuna qədər sizə təşəkkür borcluyam. Bunu bütün qəlbimlə deyirəm

Bahar Rüstəm