Milot Rashica üçün zədə açıqlaması

Bakı, 11 noyabr, Sporaz.tv

Beşiktaş“-ın kosovalı futbolçusu Milot Rashica, zədəsi səbəbindən ölkəsinin milli komandasının namizəd heyətində yer ala bilməyəcək.

Sporaz.tv məlumat verir ki, “Beşiktaş”-ın cinah oyunçusu Milot Rashica, zədəsi səbəbindən Kosovo millisinin namizəd heyətindən çıxarılıb.

Kosovo Futbol Federasiyasından verilən açıqlamada, Rashicadan başqa Bersant Celina, Leart Paqarada və Ermal Krasniqinin zədəli olduqları üçün heyətdə yer ala bilməyəcəkləri açıqlanıb.

Kosovo, noyabrın 15-də Buxarestdə UEFA Millətlər Liqasında Rumıniyanı, noyabrın 18-də isə Litvanı qəbul edəcək.

Leave a Reply