“Milliyə çağırılan heç bir futbolçu ulduz deyil, ulduz göydə olur”

Bakı, 30 avqust, Sporaz.tv

Bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos UEFA Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə mətbuat konfransında deyib.

Sporaz.tv  xəbər verir ki, Portuqaliyalı mütəxəssis alternativlər oıduğunu deyib:

“Avrokubok oyunlarını izlədim. Heyəti bu şəkildə açıqlamaq qərarına gəldim. Xaricdə oynayanlar zədələnsə, onları Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular əvəz edəcək. Çempionatın bütün oyunlarını izləyirik. “Turan Tovuz”dan iki oyunçu dəvət etmişik. Bu, onların lider olması ilə əlaqədar deyil. 4 komandadan futbolçu cəlb olunmayıb. Lakin heç kim deyə bilməz ki, gələcəkdə onlardan heç kim dəvət almayacaq”.

Santos, iddialı komanda formalaşdırmaq istədiyini vurğulayıb:

“Elə komanda yaratmaq istəyirik ki futbolçular inamlı və iddialı olsunlar. İndiki məqamda rəqibləri yaxşı təhlil etmişik. Rəqib oyunçular haqqında ətraflı bilgiyə malikik. Əlimdəki futbolçuları klublardakı performanslarına görə çağırmışam”.