Bakı, 30 oktyabr, Sporaz.tv
Azərbaycan millisi noyabrın 3-dən 6-dək Bosniya və Herseqovinada təlim-məşq toplanışı, ayın 4-də və 5-də adıçəkilən ölkənin yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək.
Sporaz.tv xəbər verir ki, təmsilçimiz oktyabrın 31-dən noyabrın 2-dək Bakıda məşq edəcək. Baş məşqçi Vitali Borisov 14 futzalçıya dəvət göndərib.
Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire)
Oyunçular: Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov, Emil Həsənzadə (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Fərid Abbasov (hamısı “Baku Fire”), Seymur Məmmədov, Eldar Zeynalov, Mirzə Əmirov (hamısı “Neftçi” İK), İlham Alıyev (Şuşa)
Bahar Rüstəm