Millimizin məşqçisi vəzifəsindən istefa edib

Bakı, 3 avqust, Sporaz.tv

Azərbaycan milli komandasının məşqçisi Arif Əsədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, o, bundan sonra UEFA-nın Məşqçi kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirəcək.

AFFA mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.