Millimiz Serbiya yığmasına məğlub olub

Bakı, 11 sentyabr, Sporaz.tv


Bu gün U-21 yığma komandamız AVRO-2025-in (U-21) seçmə mərhələsi çərçivəsində daha bir oyun keçirib.

Sporaz.tv xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv doğma meydanda Serbiya yığmasını qəbul edib. Görüş qonaqların qələbəsiylə başa çatıb – 2:0.

Azərbaycan yığması Serbiyadakı görüşdə də rəqibinə 0:2 hesabı ilə uduzmuşdu.

Xatırladaq ki, yığma ayın 6-da Lüksemburqa da 0:2 hesabı ilə məğlub olub. Hazırda 3 xalı olan millimiz qrupda 6-cı – sonuncu sıradadır.

Leave a Reply