Millimiz səfərdə Slovakiyaya məğlub olub

Bakı, 9 sentyabr, Sporaz.tv

Azərbaycan yığması UEFA Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub.

Sporaz.tv xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.

Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.

Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.

Leave a Reply