Millimiz Qazaxıstan futbol klubu ilə qarşılaşacaq

Bakı,6 may,Sporaz.tv

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.

Sporaz.tv AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, yığma iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda Qazaxıstan kollektivi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya komandası ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

Mənbə:Report