Millimiz FIBA reytinqində geriləyib

Bakı, 1 sentyabr, Sporaz.tv

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi FIBA reytinqində iki pillə geriləyib.

Sporaz.tv xəbər verir ki, yığma 43,5 xalla 107-ci pillədə qərarlaşıb.

Komanda Avropada 44-cüdür.

Qeyd edək ki, 116 kollektivin yer aldığı siyahıya ABŞ (883,3) başçılıq edir.