Millimiz Avropa çempionatının finalında

Bakı, 11 may, Sporaz.tv


Parakarate üzrə Azərbaycan millisinin 4 üzvü Xorvatiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.


Parakarate üzrə Azərbaycan millisinin 4 üzvü Xorvatiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.

Sporaz.tv xəbər verir ki, baş məşqçi Rənad Əliyevin yetirmələrindən Emiliya Mitlinova, Vidadi Xalıqov, Eldar Əhmədov və Nihat Məmmədzadə qitəmiqyaslı yarışın qızıl medalları uğrunda mübarizə aparacaqlar. Daha bir parakarateçimiz Ariana Mitlinova isə 3-cu yer uğrunda görüşə çıxacaq.

Fərid Savadov və Hüseyn Məmmədli də bürünc mükafatlar uğrunda döyüşəcəklər.

Qeyd edək ki, komandamız Avropa çempionatına AKF-nin vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.