Millilər Gürcüstan matçına hazırlıqlarını davam etdiriblər

Bakı, 17 iyun,Sporaz.tv

2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) ilk oyununda iyunun 18-i, çərşənbə axşamı Gürcüstanla qarşılaşacaq Milli Futbol Komandası, hazırlıqlarını davam etdirib.

Sporaz.tv xəbər verir ki, Barsinqhauzendəki düşərgə mərkəzində məşqçi Vincenzo Montellanın rəhbərliyi altında baş tutan məşq mətbuata qapalı keçirilib.

Hələ müalicəsi davam edən İrfan Can Kahveci məşqə qatılmadığı halda, Barış Alper Yılmaz ehtiyat məqsədilə məşqə qatılmayıb.

Dünənki məşqə ehtiyat məqsədilə qatılmayan İsmail Yüksek bu gün komanda ilə məşq edib.

Məşqin, zövqlü keçdiyi və isinmə hərəkətləri ilə başladığı, taktiki məşqlərlə yekunlaşdığı bildirilib.

Məşqi Türkiyə Futbol Federasiyasının sədr müavini Mustafa Eröğüt və Milli Komandalar İdarə Heyətinin üzvü Hamit Altıntop da izləyib.

Milli komanda sabah saat 13:00-da baş tutacaq məşqlə Barsinqhauzendəki hazırlığını tamamlayacaq və saat 18:15-də Gürcüstan matçı üçün Dortmuna yollanacaq.