Milli gimnastlarımız Dünya Kubokunda ölkəmizi təmsil edəcək

Bakı, 14 may, Sporaz.tv

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Maya şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından yerli mediyaya-a bildiriblər ki, yarışda Ağasif Rəhimovla Raziyyə Seyidli, Sabir Ağayevlə Milana Əliyeva qarışıq cütlüyü, Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü, Riad Səfərov, Abdulla Əl-Məşayxi, Seymur Cəfərov və Rəsul Seyidli kişi qrupu bacarığını nümayiş etdirəcək.

Milli komanda məşqçilər İradə Qurbanova və Leyla Əliyevanın rəhbərliyi altında mübarizə aparacaq.

Həmçinin turnirdə Dürdanə Əhmədova hakim kimi ölkəmizi təmsil edəcək.

Mənbə:Azərtac