Milli boksçumuzdan turnirə qələbə ilə başlayıb

Bakı,26 may,Sporaz.tv

Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.

Azərbaycan Boks Federasiyasından milli mediaya verilən məlumata əsasən, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü ilk görüşündə polşalı Bartolomeu Dias ilə qarşılaşıb.

Həsənov hər 3 raundu xeyrinə bitirib. 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz 1/16 finala yüksəlib. O, ikinci görüşündə Çol Man Çoe (Şimali Koreya) ilə üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.

Qeyd edək ki, bu gün axşam sessiyasında Sərxan Əliyev (71 kiloqram) də rinqə çıxacaq.