Milli basketbol klubumuz heyətini gücləndirib

Bakı, 28 sentyabr, Sporaz.tv

Naxçıvanbasketbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.

Sporaz.tv bildirir ki, bu barədə milli mediaya bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

ABŞ-dən olan Cermeyn Marrou ilə birillik müqavilə imzalanıb. 27 yaşlı basketbolçu son olaraq Slovakiyada “BMK Handlova”nın formasını geyinib. .

Qeyd edək ki, Naxçıvan klubu daha əvvəl Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani, Devon Cenkins, Ahmet Karaçelik, Papuna Kirtadze və Dmitro Juravlov ilə yeni müqavilə imzalayıb.

Leave a Reply