“Milli Aviasiya Akademiyası” baş məşqçiylə yollarını ayırıb

Bakı, 24 may, Sporaz.tv

Milli Aviasiya Akademiyası” voleybol komandası baş məşqçi Vüqar Əliyev ilə yollarını ayırıb.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm Yüksək Liqada debüt edən klub 51 yaşlı mütəxəssislə vidalaşıb. Buna kollektivin qarşıya qoyulan məqsədə çata bilməməsi səbəb olub.

Komanda ötən mövsümü altı komanda arasında beşinci pillədə bitirib.

Qeyd edək ki, Vüqar Əliyev daha əvvəl qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi olub. Yığma onun rəhbərliyi altında 2021-ci ildə keçirilmiş Avropa çempionatında çıxış edib.